Misli Premyer Liqasının 13-cü turunun "Sumqayıt" - "Neftçi" oyunu əvvəlcədən nəzərdə tutulduğu kimi, 19:00-da deyil, 19:30-da start götürəcək. Buna səbəb "Neftçi" klubunun yollarda yaranmış böyük tıxac səbəbindən stadiona oyun günü planına uyğun çata bilməməsidir. Bununla bağlı AFFA nümayəndəsinin rəhbərliyi ilə fors-major iclas çağırılıb və əsasnamə rəhbər tutularaq oyunun 30 dəqiqə gec başlamasına qərar verilib. Qeyd edək ki, oyun 19:30-dan etibarən "CBC Sport" kanalı vasitəsilə canlı yayımlanacaq.
|