Topaz
Premyer Liqasının 13-cü turunda “İnter” “Şəfa” stadionunda Tovuzun “Turan”
klubu ilə qarşılaşdı. Rəqibini 2-0 hesabı ilə məğlub edən paytaxt təmsilçisi
turnir cədvəlində vahid liderliyi ələ keçirdi.
Əfqan
Talıbov, “Turan” klubunu baş məşqçisi: “Rəqibin oyununa bələd idik, oyuna
Tovuzda hazırlaşmışdıq. Stabil heyəti formalaşdırmağa çalışırıq. Çempionat
vaxtı oyunçuları sınaqdan keçirmək, xəttlərarası əlaqəni qaydasına salmaq çətindir.
Mərkəz müdafiəçiləri verilən tapşırığı yerinə yetirməməsi mərkəzdən tez qol
buraxmağımıza səbəb oldu. Vurulan ilk qoldan sonra “İnter” əks-hücum taktikası
ilə oynadı. Hücumda oyun qurmağa çətinlik çəkdik. İlk hissədə komandanın
oyunundan 30-40% razı qala bilərəm. Qapıçımız komandanı bir neçə dəfə real
qol epizodunda xilas etdi. İkinci hissədə əldə etdiyimiz qol imkanlarından
yararlana bilmədik”.
Kaxaber
Sxadadze, “İnter” klubunun baş məşqçisi: “Maraqlı oyun oldu, komandam çox yaxşı
oynadı, qələbəyə layiq idik. Futbolçuların göstərdiyi oyundan və alınan nəticədən
razıyam. “Turan” komandasının və xüsusən də qapıçısının oyununu qeyd etməliyəm.
Komandada məşqçi işi görsənir, son oyunlarda müxtəlif taktikalarla
oynayırdılar. Əvvəllər “Turan” müdafiə futbolu oynayırdı, indi isə hücuma daha çox
fikir verir. Gələcəkdə komandanın daha da yaxşı olacağını düşünürəm. Bugünkü
oyunda biz rəqibdən güclü idik”.
|