Topaz Premyer Liqasının 13-cü turunda “Qarabağ” doğma
meydanda “Simurq”dan üstün oldu – 2:1.
George Çixradze, “Simurq” klubunun baş məşqçisi: “Oyundan
öncə heyətlə bağlı müəyyən çətinliyimiz var idi. Cəzalı 4 futbolçumuzdan üçü
müdafiəçidir. Komandanın ehtiyat qüvvəsi yoxdur. Lakin, bu, bizə bəraət
qazandırmır. İlk hissədə kobud səhvlərə yol verdik. İkinci hissəni daha yaxşı
keçirdik, hesabı bərabərləşdirə bilərdik. Təəssüf ki, öz səhvlərimiz ucbatından
məğlub olduq”.
Qurban Qurbanov, “Qarabağ” klubunun baş məşqçisi: “Bizim
üçün vacib oyun idi, çempionatda ikinci yerdə gedən komandaya qalib gəldik. İki
fərqli hissə izlədik. Fasilədən sonra rəqibin hücuma keçəcəyini bilirdik.
Oyunun sonlarına yaxın təzyiqi artırdıq. Sona qədər mübarizə apardıq və qalib gəldik”.
|