Topaz
Premyer Liqasında 13-cü turun daha bir oyunu keçirilib. Doğma meydanda “Xəzər Lənkəran”la
qarşılaşan “Bakı” rəqibini 2-0 hesabı ilə məğlub etdi.
Karles
Bakes, “Xəzər Lənkəran” klubunun baş məşqçisi: “”Bakı” çox gözəl oyun göstərdi,
layiqli qələbə qazandı. Azərbaycan çempionatının bir çox oyunlarını izləmişəm.
Bəzi konsepsiyaları futbolçulara iki günə başa salmaq çətindir. Komandada son dəqiqələrə
kimi qələbəyə inam olmalıdır, bizdə isə əksinə idi”.
Bojidar
Bandoviç, “Bakı” klubunun baş məşqçisi: “Bizim üçün çox vacib oyun idi, çox güclü
rəqibə qarşı oynayacağımızı bilirdik. İlk dəqiqələrdən sonadək üstün oynadıq, qələbəyə
layiq idik. Müdafiəmiz çox yaxşı təsir bağışladı. Hücumda da çoxlu qol imkanlarımız
oldu. Bu qələbə növbəti oyunlarda psixoloji cəhətdən bizə kömək edəcək. Əvvəlki
oyunlardakı kimi oynadıq. Sadəcə bugünkü oyunda qol vura bildik, qələbə
qazandıq”.
|