Topaz Premyer Liqasının 13-cü turunun açılış oyununda “Neftçi”
“Sumqayıt”ı 8-1 hesabı ilə məğlub etdi.
Bernhard Raab, “Sumqayıt” klubunun baş məşqçisi: “Oyundan sonra deyə bilərəm
ki, bu çempionatda “Neftçi” üçün rəqib yoxdur. 8 dəqiqəyə oyunun taleyi həll
olundu. “Neftçi” güclü olduğu üçün qələbə qazandı. Almaniyada bir oyuna görə
istefa vermirlər. Bugünkü oyundan öncə 4 futbolçumuz zədəli idi. Biz “Qarabağ”,
“Neftçi” deyilik ki, əsas heyətin 4 üzvünü ehtiyatda qalanlarla əvəz edək.
Birinci hissənin sonunda uşaqlara dedim ki, 8 nəfər dəyişilməlidir. Mövsümün əvvəlində
əlavə oyunçu ala bilmədik. Heyətimiz büdcəmizə uyğundur”.
Böyükağa Hacıyev, “Neftçi” klubunun baş məşqçisi: “Adətən
belə oyunlara şərh verilmir. Hesab hər şeyi izah edir. “Sumqayıt”a yazığım gəlmədi,
yeganə komandadır ki, nə qədər vura bilirsiniz, vurun dedi. Qələbəni Sadıq
Sadıqovun balaca oğlu Hacı İbrahimin ad gününə həsr edirik. Qarşıda “Partizan”la
oyun var. Ramos sarı vərəqə limitini doldurub. Əsas problem budur. Onun yerində
kimi oynadacağımı düşünürəm. Gərək həmin oyunçunu bu mövqeyə uyğunlaşdıraq.
Mahirlə bağlı hər şey qaydasındadır. Cavid də bu gün meydana döndü”.
|