![](uploads/85877kubok.jpg) Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin oyun cədvəli müəyyənləşdi. Bir qarşılaşmadan ibarət mərhələnin görüşləri iki günü əhatə edəcək və turun üç görüşü “CBC Sport” telekanalı vasitəsilə, üç görüşü isə PFL-in saytında canlı yayımlanacaq.
22 noyabr (çərşənbə axşamı)
“Qəbələ” – “Araz Naxçıvan” Qəbələ şəhər stadionu, 15:00 (canlı/pfl.az)
MOİK – “Səbail” Binə qəsəbə stadionu, 14:00 (canlı/pfl.az)
“Şamaxı” – “Turan Tovuz” Şamaxı şəhər stadionu, 14:00 (canlı/ “CBC Sport”)
23 noyabr (çərşənbə)
“Sabah” – “Qaradağ Lökbatan” “Bank Respublika Arena”, 17:00 (canlı/ “CBC Sport”)
“Mingəçevir” – “Zirə” Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 14:00 (canlı/pfl.az)
“Kəpəz” – “Sumqayıt” Gəncə şəhər stadionu, 14:00 (canlı/ “CBC Sport”)
|