![](uploads/66314_DSC5265 copy.jpg) Misli Premyer Liqasının XI turunun “Neftçi” ilə oyunundakı qələbə “Sabah” üçün ikiqat yubileylə əlamətdar olub. Paytaxt klubu ölkə çempionatının yüksək dəstəsində 40-cı dəfə üç xal qazanıb. Bakılılar bunadək keçirdiyi 114 matçda 39 dəfə qalib gəlmişdi. 115-ci qarşılaşmada əldə olunan 3:2 hesablı nəticə 40-cı qələbə kimi tarixə düşüb. Öz meydanında 20 dəfə üç xal qazanan “Sabah” səfərdə də 20-ci uğuruna sevinib. Paytaxt təmsilçisi 58-ci görüşdə bu rəqəmə çatıb. Qeyd edək ki, “Sabah” həm Premyer Liqada, həm də səfərdə ilk uğurunu 2018-ci il avqustun 12-də “Keşlə” (indiki “Şamaxı”) ilə matçda əldə edib – 1:0.
|