![](uploads/16657_DSC4699 copy.jpg) “Kəpəz” klubu yenidən ev oyunlarını Gəncə şəhər stadionunda keçirməyə başlayıb. Misli Premyer Liqasının X turunun “Kəpəz” – “Neftçi” qarşılaşması sözügedən arenada baş tutub. Mövsümün əvvəlindən ev oyunlarını müxtəlif stadionlarda keçirən Gəncə təmsilçisinin doğma divarlar arasındakı matçı tarixi Azərbaycan derbisi ilə əlamətdar olub. Peşəkar Futbol Liqası 3 qat Azərbaycan çempionunun doğma şəhərinə qayıtması ilə bağlı süjet hazırlayıb.
https://www.youtube.com/watch?v=3XtPkRM0Jgs
|