![](uploads/25480pflyeni.jpeg) İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edildi:
Misli Premyer Liqasının IX turunun “Qəbələ” – “Qarabağ” oyununda “Qəbələ” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə “Qəbələ” klubu 1600 manat cərimə olunur (maddə 51.1);
“Qəbələ” klubunun futbolçusu İlkin Qırtımov ciddi qayda pozuntusu etdiyinə görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 1600 manat cərimə olunur (maddə 36.1);
IX turun “Neftçi” – “Turan Tovuz” oyununda “Neftçi” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə “Neftçi” klubu 1600 manat cərimə olunur (maddə 51.1);
“Turan Tovuz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 39);
IX turun “Zirə” – “Şamaxı” oyununda “Şamaxı” klubunun futbolçusu Rövşən Şahmuradovun formasında adının və ya soyadının yazılmaması səbəbi ilə “Şamaxı” klubu 3000 manat cərimə olunur (maddə 69.3);
I Divizionun VII turunun “Araz Naxçıvan” – “Turan Tovuz-2” oyununa Təcili tibbi yardım briqadasının gecikməsi səbəbi ilə “Araz Naxçıvan” klubu 160 manat cərimə olunur (maddə 59.4);
“Turan Tovuz-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 80 manat cərimə olunur (maddə 39);
“Araz Naxçıvan” klubunun futbolçusu Xəyal Tomarov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 47.1);
VII turun “Qaradağ Lökbatan” – “Kəpəz-2“ oyununda “Kəpəz-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 80 manat cərimə olunur (maddə 39);
VII turun “Səbail 2” – “Şamaxı 2” oyunu bitdikdən sonra meydana kənar şəxslərin daxil olması səbəbindən “Səbail 2” komandası 160 manat cərimə olunur (maddə 49.2);
“Səbail 2” komandasının baş məşqçi Asif Mirili hakimə etiraz etdiyinə görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün baş məşqçi 1 oyun cəzalanır, klub 80 manat cərimə olunur (maddə 47.3);
VII turun “Zaqatala” – “Qarabağ-2” oyununda Təcili tibbi yardım briqadası oyuna vaxtında gəlmədiyi üçün “Zaqatala” klubu 160 manat cərimə olunur (maddə 59.4);
VII turun “MOİK” – “Zirə-2” oyununda “Zirə-2” komandası oyun öncəsi elektron protokolu sistemə vaxtında ötürmədiyi üçün 80 manat cərimə olunur (maddə 54).
|