![](uploads/47571pflyeni.jpeg) Peşəkar Futbol Liqasının elan etdiyi loqotip dizaynı müsabiqəsi başa çatmaq üzrədir. Müraciət edənlərin hər birinə minnətdarlığımızı ifadə edərək bildiririk ki, müsabiqədə iştirak üçün 100-dən çox loqo göndərilib. Məhz bu səbəbdən elan edildiyi kimi 3 yox, 4 loqo seçilib. Bu loqolar Peşəkar Futbol Liqasının sosial şəbəkə hesablarında yerləşdiriləcək və izləyicilər şərh hissəsində bəyəndikləri loqonun nömrəsini qeyd etməklə fikirlərini bildirəcəklər. İctimaiyyətin də münasibətini öyrəndikdən sonra PFL bu 4 loqo arasından seçim edəcək. Qeyd: Şərhlərin qeyd olunması üçün son tarix 12 oktyabr saat 23.59-dur.
|