![](uploads/62411ddd.jpg) “Sabah” Azərbaycan çempionatları tarixində özünün ən böyükhesablı qələbəsini qazanıb. Bu, Misli Premyer Liqasının IX turuna təsadüf edib. Murad Musayevin yetirmələri “Kəpəz”lə ev oyununda üç xalı 5 cavabsız qolla əldə edib. Bunadək yalnız bir dəfə 4 top fərqi ilə qalib gələn bakılılar bu il aprelin 24-də “Şamaxı”nı üstələyib – 5:1. Paytaxt təmsilçisi həm də Premyer Liqada bir matç üçün özünün məhsuldarlıq rekordunu təkrarlayıb. İkinci dəfə bir oyuna 5 top vuran “Sabah” “Şamaxı” ilə ötən mövsümdəki qarşılaşmada bunu bacarmışdı.
|