![](uploads/92052ER.jpg) Avropa Liqasında qrup mərhələsinin III turu çərçivəsində “Olimpiakos”un (Yunanıstan) qonağı olan “Qarabağ” 3:0 hesablı darmadağına sevinib. İkinci hissədə “köhlən atlar”ın heyətində Kvabena Ovusu, Marko Veşoviç və Ramil Şeydayev fərqlənib. Bu nəticəylə ağdamlılar 6 xalla G qrupunda ikincidir. “Qarabağ” Avropa Liqasında növbəti görüşünü bir həftə sonra Bakıda yenə yunanlara qarşı keçirəcək.
|