İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edilmişdir:Əvəzedici
heyətlərin çempionatının IX turunun təxirə salınmış “Neftçi” – “Kəpəz” matçının 26-cı dəqiqəsində
“Neftçi” klubunun 6 №-li futbolçusu Eşqin Quliyevlə, “Kəpəz” klubunun 9 №-li
futbolçusu Ziyabil Məmmədov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə
alaraq meydandan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 4 oyunluq cəzalanır,
klublar 2000 manat cərimə olunur (maddə 38.3).
Azərbaycan I Divizionunun IX turunun “Tərəqqi” – “Şuşa”
matçında “Tərəqqi” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub
100 manat cərimə olunur (maddə 40).
Azərbaycan I Divizionunun IX turunun MOİK – “Qaradağ
Lökbatan” matçının 74-cü dəqiqəsində “Qaradağ Lökbatan” klubunun 3 №-li
futbolçusu Natiq Əkbərov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə
alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20
manat cərimə olunur (maddə 48).
Oyunun 74-cü dəqiqəsində MOİK klubunun 2 №-li futbolçusu
Ramin Tanrıverdiyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq
meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 400 manat cərimə
olunur (maddə 42.3).
Oyun başa çatdıqdan sonra matçın protokolunda “Qaradağ
Lökbatan” klubunun 17 №-li futbolçusu Novruz Ələkbərovun hakimi təhqir etməsi
göstərilmişdir. Lakin müzakirələr zamanı belə halın baş vermədiyi aşkar
edildiyi üçün futbolçuya göstərilmiş qırmızı vərəqə ləğv edilir (maddə
19).
Oyun başa çatdıqdan sonra “Qaradağ Lökbatan” klubunun
prezidenti Tahir Mustafayev hakimi təhqir etdiyinə görə 5 oyunluq cəzalanır,
klub 500 manat cərimə olunur (maddə 42.4).
Matçın hakimlərinin idarəçiliyini qiymətləndirdikdən
sonra Hakimlər Komitəsi İntizam Komitəsinə məlumat versin.
Azərbaycan I Divizionunun IX turunun “Lokomotiv” – “Şəmkir”
matçının 20-ci dəqiqəsində “Lokomotiv” klubunun 1 №-li futbolçusu Ələkbər Vəliyev
idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı
üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
|