01.09.2024
   |    aze    |    rus    |    eng    
Slide 1

"Zirə" - "Qarabağ" canlı yayım

Slide 1

"Kəpəz" 2-3 "Sabah" - Videoicmal

Slide 1

"Şamaxı" 0-0 "Neftçi" - Videoicmal

Slide 1

"Kəpəz" - "Sabah" canlı yayım

Slide 1

“Lerik” – “Füzuli” canlı yayım

Slide 1

“Hypers Guba” – “Saatlı-Araz” canlı yayım

Slide 1

"Göygöl" - "Şimal" canlı yayım

   “Buta Global Enerji-Tekstil” şirkəti və PFL arasında tərəfdaşlıq müqaviləsi imzalanıb      2022-09-30

Peşəkar Futbol Liqası və "Buta Global Enerji-Tekstil" şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləni "Buta Global Enerji-Tekstil" şirkətinin prezidenti Mesut Demirtaş və Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov imzalayıblar. 

AFFA-nın inzibati binasında keçirilən tədbirdə AFFA, PFL rəsmiləri, qonaqlar iştirak ediblər. Tədbirə xüsusi qonaq qismində Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı qatılıb. Bildirilib ki, "Buta Global Enerji-Tekstil" şirkəti 22 ildir ki, fəaliyyət göstərir. Bakıda tekstil və telekommunikasiya sahəsində ən etibarlı şirkətlərdən biri kimi tanınıb. Təməli İstanbulda qoyulan şirkət hal-hazırda həm də İtaliyanın telekommunikasiya sahəsində nəhənglərindən olan “Prismian” şirkətinin Azərbaycan təmsilçisidir.  Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı çıxışında bu anlaşmanın qardaş ölkə futboluna töhfə olacağı üçün xüsusi məmnunluğunu ifadə edib: “Bu gözəl gündə hamınızı sevgi ilə salamlayıram. Bir çox sahələrdə işbirliyi etsək də, mən ilk dəfə futbolda əməkdaşlığa şahid oluram. Bu münasibətlə sizi təbrik edirəm. Bir türk şirkətinin Peşəkar Futbol Liqası ilə əməkdaşlıq etməsi, sponsorlardan biri olması bizim üçün də qürurvericidir. Biz bu tərz əməkdaşlıqları Türkiyə-Azərbaycan münasibətlərinə atılmış yeni bir təməl və körpü olaraq görürük. Siz də yaxşı bilirsiniz ki, Türkiyə-Azərbaycan münasibətlərinin dünyada bənzəri yoxdur və müqayisə oluna bilməz. Prezidentlərin tez-tez qarşılıqlı olaraq görüşüb, müzakirələr apardığı bu münasibətin başqa bir örnəyi yoxdur. Bu, aralarında imzalanan bəyannamə ilə də təsdiqlənmişdir. Biz gələcəyə əmin addımlarla irəliləyən münasibət qurmuşuq. İnanırıq ki, bu münasibət tərzi bütün türk dövlətlərinə də müsbət örnək olacaq. İdman, təhsil və digər sahələrdəki iş birlikləri dəyərlidir. Azərbaycan futbolu üçün xeyirli olmasını diləyirəm. Bu əməkdaşlığın müsbət nəticələrini səbirsizliklə gözləyəcəyik. Qismət olsa, futbol görüşlərini də birlikdə izləyərik”.

Mərasimdə çıxış edən Mesut Demirtaş "Buta Global Enerji-Tekstil" şirkətinin hər zaman Azərbaycan biznes məkanında layiqli yer almasından məmnun olduğunu, fəaliyyət göstərdikləri sahənin önəmli bir hissəsinin ölkə futboluna bağlanmasının həm də xoş bir vəzifə olmasının zövqünü yaşadıqlarını qeyd edib: “Bizim Azərbaycanda futbol marağımız “Qəbələ” ilə başladı və “Neftçi” ilə davam etdi. İndi də Peşəkar Futbol Liqası ilə əməkdaşlıq müqaviləsi imzalayırıq. Əməkdaşlığımızı genişləndirdiyimiz  üçün çox sevincliyik, həyəcanlıyıq və inanclıyıq. İnşallah, daha böyük layihələri, daha böyük nəticələri görməkdən məmnun olarıq”.

Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov da dəvəti qəbul etdiklərinə görə qonaqlara minnətdarlığını bildirərək, əməkdaşlığın qarşılıqlı şəkildə faydalı olacağına əminlik ifadə edib. 

   Turnir cədvəli
1 Turan Tovuz 5 13
2 Sabah 5 10
3 Araz-Naxçıvan 4 7
4 Qarabağ 3 6
5 Zirə 3 6
6 Sumqayıt 5 6
7 Şamaxı 4 5
8 Səbail 5 4
9 Neftçi 5 4
10 Kəpəz 5 0
Ətraflı
1 Qəbələ 0 0
2 Zaqatala 0 0
3 MOİK 0 0
4 Qaradağ Lökbatan 0 0
5 Mingəçevir 0 0
6 İmişli 0 0
7 Baku Sportinq 0 0
8 Difai Ağsu 0 0
9 Cəbrayıl 0 0
10 Karvan 0 0
Ətraflı
Xəbər arxivi
« Sentyabr 2024 »
1 2 3 4 5 6 7
26272829303101
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30010203040506
Press reliz
19.07.2024
2024/25 mövsümü Azərbaycan Premyer Liqası və Azərbaycan Kubokunun təqvimi
08.05.2024
“Peşəkar Futbol Liqası”, “YAŞAT” Fondu və “Badamlı” şirkəti arasında müqavilə imzalanıb
08.05.2024
Peşəkar Futbol Liqası və “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalanıb
04.03.2024
“Uşaqlar Nəfəsimizdir” sosial idman layihəsi həyata keçirilib
28.08.2023
I Liqada 2023/2024-cü illər mövsümünün təqvimi
28.08.2023
II Liqada 2023/2024-cü illər mövsümünün təqvimi
Sorğu
Misli Premyer Liqasında favoritiniz hansıdır?
Araz-Naxçıvan
Səbail
Sumqayıt
Qarabağ
Neftçi
Zirə
Qəbələ
Sabah
Kəpəz
Turan Tovuz
> Nizamnamə
Struktur
> Xəbərlər
> Misli Premyer Liqası
Əsasnamə
Turnir cədvəli
Təqvim
Klublar
InStat Football icmal
> Əvəzedicilər
Turnir cədvəli
Klublar
Təqvim
> Azərbaycan kuboku
Təqvim
> I Liqa
Turnir cədvəli
Təqvim
Klublar
> II Liqa
Turnir cədvəli
Təqvim
Klublar
> Multimedia
Fotoqalereya
Video
PFL-in himni
> Arxiv
1993
1993/1994
1994/1995
1995/1996
1996/1997
1997/1998
1998/1999
1999/2000
2000/2001
2001/2002
1992
2003/2004
2004/2005
2005/2006
2006/2007
2007/2008
2008/2009
2009/2010
2010/2011
2011/2012
2012/2013
2013/2014
2014/2015
2015/2016
2016/2017
2017/2018
2019/2020
2018/2019
2021/2022
2020/2021
2022/2023
2023/2024
> Əlaqə
Bütün müəllif hüquqları Azərbaycan Respublikası qanunvericiliyinə uyğun qorunur. Saytda
yerləşdirilən hər hansısa məlumatdan istifadə zamanı istinadın qeyd olunması vacibdir.

2004-2008 © Peşəkar Futbol Liqası Saytdan istifadə zamanı hər hansısa bir texniki problemlə
rastlaşdığınız zaman [email protected] vasitəsilə əlaqə saxlayın
Lider Advertising
Cəmi HIT sayı: web counter
Cəmi HOST sayı: