“Qarabağ” Avropa Liqasının qrup mərhələsində ikinci oyununu keçirib. Tofiq Bəhramov adına Respublika Stadionunda Fransanın “Nant” klubunu qəbul edən “köhlən atlar” böyük hesablı qələbəyə sevinib – 3:0. Komandamızın qollarına Kvabena Ovusu, Abdullah Zubir və Marko Yankoviç imza atıb. Qeyd edək ki, “Qarabağ” qrupda növbəti görüşünü 6 oktyabr səfərdə “Olimpiakos”a (Yunanıstan) qarşı keçirəcək.
|