Ötən
gün Avropa Liqasında 4-cü turun oyunları keçirilib. Bu yarışda ölkəmizi təmsil
edən son çempion “Neftçi” H qrupunda növbəti oyununa çıxıb. Bakıda Rusiyanın “Rubin”
klubunu qəbul edən “ağ-qaralar” rəqibinə 0:1 hesabı ilə məğlub olub. Kazan təmsilçisinin
heyətində Vladimir Dyadyun (d.16) fərqlənib. Bu nəticədən sonra “Neftçi” Avropa
Liqasının növbəti mərhələsinə çıxmaq şanslarını itirib.
Qeyd
edək ki, “Neftçi” Avropa Liqasının növbəti oyununda Bakıda Serbiyanın “Partizan”
klubunu qəbul edəcək. Oyun noyabrın 22-də Tofiq Bəhramov adına Respublika
stadionunda keçiriləcək.
|