İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edildi:
Misli Premyer Liqasının V turunun “Şamaxı” – “Turan Tovuz” oyununda Şamaxı şəhər stadionunda təcili tibbi yardım maşınının oyuna gecikməsi səbəbindən “Şamaxı” klubu 800 manat cərimə olunur (maddə 60);
V turunun “Sabah” – “Səbail” oyununda “Sabah” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün “Sabah” klubu 1600 manat cərimə olunur (maddə 51.1);
V turun “Kəpəz” – “Qarabağ” oyununda Qəbələ şəhər stadionunda təcili tibbi yardım maşınının oyuna gecikməsinə görə “Kəpəz” klubu 800 manat cərimə olunur (maddə 60);
Qəbələ şəhər stadionunda “Qarabağ” azarkeşləri pirotexniki vasitələrdən istifadə etdiyinə görə “Qarabağ” klubu 800 manat cərimə olunur (maddə 51.2);
“Kəpəz” klubunun futbolçusu Tural Rzayev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 1600 manat cərimə olunur (maddə 36.1);
I Divizionda III turun “Turan Tovuz-2” – “Sumqayıt-2” oyununda “Sumqayıt-2” komandasının futbolçusu İlnur Valiev rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 47.1);
III turun “Mingəçevir” – “Qarabağ-2” oyununda oyundan sonra azarkeşlərin meydançaya daxil olmasına görə “Mingəçevir” klubu 160 manat cərimə olunur (maddə 49.2);
“Mingəçevir” – “Qarabağ-2” oyununda AFFA nümayəndəsi, hakim və inspektor üçün stadionda otaq təqdim olunmadığına görə “Mingəçevir” klubu 80 manat cərimə olunur (maddə 60);
“Mingəçevir” – “Qarabağ FK” oyununda “Mingəçevir” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 80 manat cərimə olunur (maddə 39);
“Mingəçevir” klubunun futbolçusu Rüstəm Nuruyev ikinci sarıdan qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 47.1);
III turun “Qaradağ Lökbatan” – “Zaqatala” oyununda təhlükəsizlik xidmətinin əməkdaşı iclasda iştirak etmədiyinə və oyunun başlanmasına 45 dəqiqə qalmış stadiona gəldiyinə görə “Qaradağ Lökbatan” klubu 40 manat cərimə olunur (maddə 62.2);
III turun “Səbail-2” – “Neftçi-2” oyununda “Səbail-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 80 manat cərimə olunur (maddə 39).
|