Bu
gün keçirilən mərasimlə futbol üzrə Azərbaycan I divizionunun 2011/2012-ci il
mövsümünün qalibləri mükafatlandırılmışdır. Bu münasibətlə təşkil olunmuş tədbirdə
çıxış edən Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev fikirlərini
bildirmişdir: “Qalibləri təbrik edirəm, bu mövsümdə də komandalara uğurlar
arzulayıram. “Qaradağ Lökbatan” və “Neftçala” ötən mövsüm Premyer Liqada
iştirak etmək üçün vəsiqə qazandılar. Lakin lisenziyalaşma qaydalarını yerinə
yetirmədiklərindən Premyer Liqada iştirak edə bilmədilər. Bundan öncəki
mövsüm “Abşeron” klubu qalib olsa da komanda Premyer Liqada iştirak etmədi. Premyer
Liqaya vəsiqə qazanan I divizion komandaları üçün müəyyən etdiyimiz pul
mükafatı yalnız klubların Premyer Liqada iştirak etməsi halında nəzərdə
tutulub. Ona görə də klub rəhbərlərini daha diqqətli olmağa, lazımi lisenziya
qaydalarını keçməyə çağırıram. Bu gənc futbolçular hal-hazırda Premyer Liqada
oynamalı idilər. Futbolumuzda inkişafdan danışırıqsa, 20 il bu inkişafa qiymət
vermək üçün qısa bir zamandır. Bu gün həm də futbol bayramıdır. “Neftçi” klubu
Avropa Liqasında növbəti oyununa çıxır. İnanıram ki, “Neftçi” “Rubin”
komandasına qalib gələrək hamımızı sevindirəcək. Hər bir komandaya uğurlar
arzulayıram”.
Daha
sonra futbol üzrə Azərbaycan I divizionunun 2011/2012-ci il mövsümündə ikinci
yeri tutmuş “Neftçala” və birinci yeri tutmuş “Qaradağ Lökbatan” klubuna
müvafiq olaraq gümüş və qızıl medallar təqdim olundu.
Medalların
təqdimatından sonra isə futbol üzrə Azərbaycan I divizionunun bombardirləri
olmuş “Neftçala” klubunun futbolçusu Aqşin Həşimova və “Şahdağ”ın futbolçusu
Zahid Tayibova mükafat təqdim olunmuşdur.
|