Topaz Premyer Liqasının
XII turundan sonra klublar növbəti fasiləyə yollanıb. II dövrənin baş tutan ilk
turunu da nəzərə alsaq komandalar 68 qarşılaşmaya çıxıblar. Fasiləyə qədər olan
müddətdə Topaz Premyer Liqasının oyunlarını 158 min 190 tamaşaçı izləyib. Bu da
orta hesabla hər qarşılaşmaya 2326 azarkeşin təşrif buyurduğunugöstərir.
Mövsümün arxada qalan
hissəsinin rekordu 8 min tamaşaçıdır. Bu sayda azarkeş 4 matçda qeydə alınıb.
İlk turun “Kəpəz” – “Turan”, III turun “Sumqayıt” – “Qarabağ”, VIII turun
“Kəpəz” – “Qarabağ” və IX turun “Sumqayıt” – “Rəvan” görüşlərini məhz bu sayda
tamaşaçı seyr edib. Mövsümün antirekordu isə “Qarabağ”la “Bakı” arasında
görüşdə qeydə alınıb – cəmi 150 tamaşaçı.
2 dəfə rekord sayda azarkeş
toplayan “Sumqayıt”ın ev oyunlarını daha çox – 29700 fanat izləyib. Lakin
“Gənclik şəhəri” təmsilçisi nisbətən çox – 7 ev oyunu keçirib. Öz meydanındakı
matçlarda orta tamaşaçı sayında isə “Xəzər Lənkəran” zirvədədir. “Kəpəz” 2-ci,
“Sumqayıt” isə 3-cüdür.
|