Topaz Premyer Liqasının XII turuna “Xəzər Lənkəran” – “Rəvan”
oyunu ilə yekun vuruldu. Rəqibini 4-0 hesabı ilə məğlub edən cənublular turnir
cədvəlində 4-cü pilləyə yüksəldilər.
Kemal Alispahiç, “Rəvan” klubunun baş məşqçisi: “Rəqib
komandanı təbrik edirəm. “Xəzər Lənkəran” təcürbəli futbolçulardan qurulmuş
komandadır. Yaratdığımız qol imkanlarından yararlana bilmədik. Çox qol
buraxmağımız pis oldu. Son bir həftədə keçirdiyimiz oyunlarda komanda çox
yorulub, səhvlərimiz çox idi. Bu, futbolur, hər şey ola bilər”.
Erik Roketa, “Xəzər Lənkəran” klubunun məşqçisi: “İlk növbədə
Yunis Hüseynova və komanda rəhbərliyinə minnətdarlığımı bildirirəm. Komandanın vəziyyəti
gərgin olsa da, mütləq qələbə qazanmalı idik. Buna nail olduq. Həftə ərzində
keçdiyimiz hazırlıqlar öz nəticəsini göstərdi, bütün gücümüzdən istifadə etdik,
hücum qurarkən cinahlardan daha çox yararlandıq. Bizim də oyunda səhvlərimiz
oldu. İkinci qoldan sonra komanda daha soyuqqanlı oynadı. Futbolçulara təşəkkürümü
bildirirəm”.
|