Topaz Premyer Liqasının XII turunda doğma meydanda AZAL-la
qarşılaşan “Qarabağ” rəqibini 2-0 hesabı ilə məğlub edərək turnir cədvəlində
üçüncü pilləyə yüksəldi.
Vaqif Sadıqov, AZAL klubunun baş məşqçisi: “”Qarabağ”
klubunu layiqli qələbə ilə təbrik edirəm. Bizdən üstün oynadılar. Qalib gəlsə
idik turnir cədvəlində rəqiblərimizdən aralana bilərdik. “Qarabağ” bizi öz
silahımızla vurdu, oyun boyu pressinq elədi. İlk qolda süni oyundan kənar vəziyyət
yaratmaq istədik. Bu gün ən zəif oyunumuzu oynadıq. Problemlərimzii həll etməliyik.
Bu il AZAL-dan çox şey tələb etməyək, atdığımız addımlar düzgündür. Gələcək
üçün yaxşı komanda yaradacağıq”.
Qurban Qurbanov, “Qarabağ” klubunun baş məşqçisi: “Hər iki
komanda qələbəyə layiq idi. AZAL bizim üçün çətin komandadır. Stabil oyun göstərirlər.
Qələbə qazanmaqdan başqa çıxış yolumuz yox idi. Bizim də oyunumuzda problemlər
var, məşqçinin də əsas işlərindən biri bu problemləri aradan qaldırmaqdır. Çətin
oyun olsa da, vacib üç xal qazandıq”.
|