Topaz Premyer Liqasının XII turunda Tovuzda yerli “Turan”la
qarşılaşan “Simurq” səfər oyununda 1 xalla kifayətlənməli oldu – 1:1.
Georgi Çixradze, “Simurq” klubunun baş məşqçisi: “Oyuna fərqli
heyətlə çıxmışdıq. Həmişəki kimi oyunumuz çətin keçdi. İlk hissədə komanda
yaxşı oynadı, standard vəziyyətdən gözəl qol vurduq. İkinci hissədə isə
qapımızdan qol buraxdıqdan sonra müdafiəyə daha çox fikir verməyə başladıq.
Futbolçuların qırmızı vərəqə alması oyunumuza təsir etdi. Lakin futbolçularıma
təşəkkürümü bildirirəm, sona kimi mübarizə apardılar və 1 xal qazandılar”.
Əfqan Talıbov, “Turan” klubunun baş məşqçisi: “”Simurq”
balanslaşdırılmış oyun tərzi ilə son 15 dəqiqədə fiziki cəhətdən üstün idi.
Ehtiyatlı oynamağa, müdafiədə səhv buraxmamağa çalışdıq. Lakin bütün bunlara baxmayaraq
Rukavinanın səhvindən sonra qapımıza təyin olunmuş cərimə zərbəsindən hesab
açıldı. İkinci hissədə iki hücumçu ilə oyunumuzu gücləndirdik. “Simurq”da
yorğunluq hiss olunurdu. Bizim üçün “Simurq”la oynamaq çətin idi”.
|