Topaz Premyer
Liqasının XII turunda turnir cədvəlinin lideri olan “İnter” Sumqayıtda eyniadlı
komandanın qonağı oldu. Maraqlı idman mübarizəsi şəraitində keçən oyun qolsuz
heç-heçə ilə başa çatdı – 0:0.
Kaxaber
Sxadadze, “İnter” klubunun baş məşqçisi: “Meydança bərbad vəziyyətdə idi. Bu cür meydanda mübarizə
aparmaq çox çətindir. Futbolçularımı qınamıram, bu cür meydanda heç nə etmək olmur”. “Sumqayıt” komandasına və baş məşqçisinə uğurlar arzulayıram. .
Bernhard Raad,
“Sumqayıt” klubunun baş məşqçisi: “Rəqib komandanın baş məşqçisi ilə razıyam,
bu cür meydanda yaxşı oyun göstərmək olmur. “İnter” komandası ilə oyunumuz
həmişə çətin alınır. 1 xal qazandığımız üşün şadam. Fikrimcə, “İnter” də 1
xalla razılaşmalıdır”.
|