Misli Premyer Liqasının I turu Laurentsiu Regekampfın “Neftçi”nin baş məşqçisi kimi çempionatdakı debütü ilə əlamətdar olub. Şamaxıda eyniadlı komanda ilə görüş rumıniyalının Premyer Liqada ilk matçı olub. Regekampf Azərbaycan çempionatları tarixinə 60-cı legioner baş məşqçi kimi düşüb. O, Premyer Liqada 3-cü rumın mütəxəssisdir. Bunadək Mirça Rednik “Xəzər Lənkəran”da, Dorinel Muntyanu “Qəbələ”nin sükanı arxasında olub. Qeyd edək ki, “Neftçi” “Şamaxı” ilə səfər matçında 1:0 hesablı qələbə qazanıb.
|