Topaz Premyer Liqasının XII turunun açılış oyununda qarşılaşn “Kəpəz” və “Bakı” klubları Gəncədə baş tutan oyunda qosluz heç-heçə ilə kifayətləndilər - 0:0. Bojidar Bandoviç, “Bakı” klubunun baş məşqçisi: “Meydançanın
vəziyyətinin yaxşı olmaması hər iki komandanın oyununa təsir etdi. Bura 3 xal
üçün gəlmişdik, lakin heç-heçə ilə kifayətlənməli olduq. Qalib gəlmək üçün qol
vurmaq lazımdır, bunu bacarmadıq. Rəqib komandada boşluqlar olsa da, oyun boyu
bundan istifadə edə bilmədik”.
Mahmud Qurbanov, “Kəpəz” klubunun baş məşqçisi: “Heyətdəki itkiləri nəzərə
alsaq, nəticəni məqbul saymaq olar. Zədəlilərimiz çox idi. Nikolay Svejentsev
meydana ağrıkəsici iynə ilə çıxmışdı, amma bunun köməyi olmadı. Nəticədə 3-cü dəqiqədə
onu əvəzləmək məcburiyyətində qaldıq. Oyunu əks-hücum üzərində qurmuşduq. Rəqibin
hücumlarının qarşısını ala bildik. Ucaboy hücumçuların hava ötürməsi zamanı səylərini
nəzərə almasaq, həmlə təşkil etmələrinə imkan vermədik. Qələbə qazanmaq istəyirdik,
lakin oyundan bir xalla ayrıldıq. Uşaqların əksəriyyəti təcrübəsizdir, üzərimizdə
hələ çox işləməliyik.”
|