Topaz
Premyer Liqasının XII turunda Qəbələyə səfər edən “Neftçi” yerli komanda ilə
oyunda məğlub olub - 1:2.
Böyükağa
Hacıyev, “Neftçi” klubunun baş məşqçisi: “Avroliqa oyunlarından sonra komandada
yorğunluq hiss olunmaqdadır. Julius Vobaya müəyyən qədər istirahət versəm də,
yorğun olduğu hələ də görünür. Onun əvəzinə meydana daxil Araz Abdullayev isə
yenə də mən istədiyim kimi oynamır. Müdafiə xəttində çıxış edən futbolçulardan
narazıyam, xüsusən də Elvin Yunuszadə verdiyim tapşırıqları yerinə yetirmədi.
Artıq əsas fikrimizi “Rubin”lə oyuna yönəldəcəyik”.
Ramiz
Məmmədov, “Qəbələ” klubunun baş məşqçisi: “Oyunu şərh etməyə ehtiyac yoxdur, hər
şey göz qabağındadır. Komanda verilən tapşırıqları sona kimi yerinə yetirdi.
Oyun intizamı da pozulmadı, komanda son dəqiqələrə qədər mübarizə apardı.
Yolumuza yavaş-yavaş davam edirik. Bu uğurların ardının gələcəyinə inanıram”.
|