![](uploads/92673_DSC0064.JPG) Komandalarımız Konfrans Liqasında II təsnifat mərhələsinin cavab oyunlarına çıxıblar. “Qəbələ” doğma meydançada “Fehervar”a (Macarıstan) 2:1 hesabla qalib gəlsə də, iki oyunun nəticəsinə görə 3:5 uduzaraq turnirlə vidalaşıb. “Qırmızı-qaralar”ın qollarını Rövlan Muradov və Felipe Santos vurub. “Zirə” Tel-Əvivdə “Makkabi” ilə qolsuz sülhə razılaşıb. “Qartallar” Bakıda 0-3 məğlub olduğundan avrokuboklarda mübarizəni dayandırıb. İlk görüşdə Kiprdə “Aris”ə 0:2 yenilən “Neftçi” “Bakcell Arena”da 3:0 qalib gələrək III təsnifat mərhələsinə yüksəlib. Qodsvey Donyo, Eddi İsrafilov və Kenni Saef fərqləniblər. Qeyd edək ki, “ağ-qaralar” növbəti mərhələdə Avstriya “Rapid”i ilə qarşılaşacaq.
|