Çempionlar Liqasının II təsnifat mərhələsində “Sürix”in (İsveçrə”) qonağı olan “Qarabağ” 2:2 hesabla heç-heçə edib. 120 dəqiqə oynanılan matçda Kadi Borqes və Kvabena Ovusu fərqlənib. İlk görüşdə 3:2 qələbə qazanan Ağdam təmsilçisi növbəti mərhələyə yüksəlib. Qeyd edək ki, III təsnifatda Qurban Qurbanovun komandasının rəqibi “Slovan” (Bratislava, Slovakiya) – “Ferentsvaroş” (Macarıstan) cütünün qalibi olacaq.
|