![](uploads/75727_DSC9964.JPG) Azərbaycan klubları Konfrans Liqasında mübarizəyə uğursuz start verib. II təsnifat mərhələsinin ev oyununda “Makkabi”ylə (Tel-Əviv, İsrail) qarşılaşan “Zirə” quru hesabla yenilib – 0:3. Macarıstanda “Fehervar”ın qonağı olan “Qəbələ” də böyük fərqlə məğlub olub – 1:4. “Qırmızı-qaralar”ın heyətində Rafael Utziq fərqlənib. “Aris”lə (Kipr) səfər matçında “Neftçi” də məğlubiyyətə üzülüb – 0:2.
|