Bu gün Premyer Liqanın 2022/2023-cü illər mövsümünün püşkatma mərasimi keçirildi. AFFA-nın inzibati binasında təşkil olunan tədbirdə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, elita klublarının nümayəndələri, jurnalistlər iştirak etdilər. İlk turu 5-6-7 avqust tarixlərdə keçiriləcək yeni mövsümün startda üz-üzə gələcək komandaları aşağıdakı kimidir: 5-6-7 avqust I tur “Sabah”–“Sumqayıt” “Kəpəz”–“Zirə” “Şamaxı”–“Neftçi” “Turan Tovuz”–“Qəbələ” “Qarabağ”–“Səbail”
12-13-14 avqust II tur “Sumqayıt”-“Qarabağ” “Səbail”-“Turan Tovuz” “Qəbələ”-“Şamaxı” “Neftçi”-“Kəpəz” “Zirə”-“Sabah” 19-20-21 avqust III tur “Zirə”-“Sumqayıt” “Sabah”-“Neftçi” “Kəpəz”-“Qəbələ” “Şamaxı”-“Səbail” “Turan Tovuz”-“Qarabağ” Qeyd: İlk turun təqvimi barədə əlavə məlumat veriləcək.
|