Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda “Qarabağ” “Lex”i (Polşa) qəbul edib. İlk görüşdə rəqibinə minimal hesabla məğlub olan “köhlən atlar” cavab qarşılaşmasında rəqibini darmadağın edib – 5:1. Komandamızın qollarına Kadi Borqes (2), Filip Ozobiç, Kevin Medina və Abbas Hüseynov imza atıb. Qeyd edək ki, “Qarabağ” II təsnifat mərhələsində İsveçrə çempionu “Sürix”lə qarşılaşacaq.
|