Azərbaycan kubokunda final görüşü başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirildi. Qəbələ şəhər stadionunda baş tutan tədbirdə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövnəq Abdullayev, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, AFFA-nın baş katibi Sərxan Hacıyev iştirak etdilər. Əvvəlcə görüşün hakimlərinə xüsusi hədiyyələr verildi, gümüş medalın sahibi “Zirə” futbolçuları mükafatlandırıldı. Daha sonra qalib “Qarabağ”a qızıl medallar və kubok təqdim edildi.
|