Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümünün qızıl medallarının sahibi “Qarabağ” oldu. Hələ 25-ci turda çempionluğu rəsmiləşdirən “köhlən atlar” son oyunda “Azersun Arena”da “Neftçi”ni 4-1 hesabı ilə məğlub edib. Qurban Qurbanovun komandası oyundan sonra AFFA prezidenti Rövnəq Abdullayev, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, AFFA-nın baş katibi Sərxan Hacıyevin iştirak etdiyi mükafatlandırma mərasimində qızıl medallara qovuşdu. Tədbirin sonunda “Qarabağ” futbolçuları çempionluq kubokunu başları üzərinə qaldırdı. Qeyd edək ki, bu, ağdamlıların tarixlərində 9-cu çempionluğudur.
Peşəkar Futbol Liqası mükafatlandırma mərasimindən fotoları təqdim edir:
|