Azərbaycan Premyer Liqasında 2021/2022-ci illər mövsümünün gümüş mükafatçısı “Neftçi” oldu. Bir neçə tur əvvəl ikinciliyi təmin edən “ağ-qaralar” son turda “Qarabağ”a məğlub olub – 1:4. Görüş başa çatandan sonra baş tutan mükafatlandırma mərasimində klubun futbolçuları, texniki heyət və rəhbərliyi gümüş medallarla təltif olundu. Onlara mükafat AFFA prezidenti Rövnəq Abdullayev, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, AFFA-nın baş katibi Sərxan Hacıyevin iştirak etdiyi tədbirdə təqdim edildi. Mükafatlandırma mərasimindən fotoları təqdim edirik:
|