I Divizionda 2021/2022-ci illər mövsümünün mükafatlandırma mərasimi keçirildi. “ASK Arena”da baş tutan tədbirdə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, “Qaradağ Lökbatan” klubunun icraçı direktoru Bəbir Həsənov və başqa rəsmi şəxslər iştirak etdilər. Hələ 4 tur əvvəl çempionluğu təmin edən “Qaradağ Lökbatan”a qızıl, “Şamaxı-2”yə isə gümüş medallar təqdim edildi. “Qarabağ-2” bürünc medallara sahib çıxdı. “ASK Arena”da baş tutan mükafatlandırma mərasimindən fotoları təqdim edirik:
|