Topaz Premyer Liqasında IX turun oyunları qapıçılar üçün
uğursuz alınıb. Belə ki, I dövrənin son turunda 12 klubdan hamısı qol sevinci
yaşayıb. Bu isə o deməkdir ki, heç bir qapıçı qapısını toxunulmaz saxlaya bilməyib.
Hər komandanın qol vurub, həm də qol buraxması isə nadir hadisələrdən sayılır.
Düzdür, cari mövsümdə artıq 1 dəfə belə hal qeydə alınıb. Lakin həmin vaxt
indiki kimi 12 deyil, 10 komanda meydanı qolsuz tərk etməyib. Bu ilk turda
yaşanmışdı. Həmin vaxt “Neftçi” ilə “Bakı” arasında paytaxt derbisi təxirə
salındığından yalnız 10 komanda turda meydana çıxmışdı. Premyer Liqanın 12
klubunun hamısının fərqlənməsinə isə mövsümdə ilk dəfə məhz XI turda təsadüf
olundu.
12 komandanın hər birinin fərqlənməsi isə ümumi məhsuldarlığa
da təsir edib. Turun 6 qarşılaşmasında 19 qol vurulub. Bununla da III və V
turlarda qeydə alınan 17 qolluq rekord qırılıb. Bu dəfə 2 qol artıq vurulub.
Lakin qol sayındakı mütləq rekord və ilk dəfə 12
komandanın qol sevinci yaşaması orta məhsuldarlıqda ən yüksək hədd deyil. Belə
ki, cəmi 4 matın keçirildiyi IV tur orta hesabla hər oyuna 3,5 qolun vurulması
ilə əlamətdar olmuşdu. Mövsümdə 2-ci dəfə 3-dən yüksək olan məhsuldarlıq bu dəfə
3,17-yə bərabər olub.
Tur
|
Oyun
|
Qol
|
Orta
məhsuldarlıq
|
1
|
5
|
13
|
2,60
|
2
|
6
|
11
|
1,83
|
3
|
6
|
17
|
2,83
|
4
|
4
|
14
|
3,50
|
5
|
6
|
17
|
2,83
|
6
|
5
|
13
|
2,60
|
7
|
5
|
7
|
1,40
|
8
|
6
|
10
|
1,67
|
9
|
6
|
12
|
2.00
|
10
|
6
|
7
|
1,17
|
11
|
6
|
19
|
3,17
|
Cəmi
|
62*
|
142*
|
2,29
|
* - 2 qolun vurulduğu daha 1 oyun təxirə salınıb sonradan keçirildiyindən heç
bir tura daxil edilməyib.
|