“Qarabağ” Azərbaycan çempionatında 200-cü dəfə heç-heçə edib. Bu, Premyer Liqanın XXVI turunda baş verib. Qurban Qurbanovun yetirmələri ev matçında “Zirə” ilə qolsuz heç-heçəyə imza atıb – 0:0. 200-cü sülh ölkə çempionatındakı 850-ci qarşılaşmaya təsadüf edib. Ağdam klubu evdə 82, səfərdə 113, neytral meydanda 5 dəfə heç-heçə ilə kifayətlənib. Qeyd edək ki, “Qarabağ” daha çox – 30 dəfə “Neftçi” ilə heç-heçə oynayıb. “Şamaxı” ilə görüşlərdə 24 bərabərlik gerçəkləşib.
|