Azərbaycan Premyer Liqasında 2021/22 mövsümünün qalibi müəyyənləşib. Çempionun adı XXV turda rəsmiləşib. “Sabah”ı qəbul edən “Qarabağ” bu oyundan (1:1) sonra xallarının sayını 59-a çatdırıb. Beləliklə, lider və ən yaxın izləyicisi “Neftçi” arasında xal fərqi 12-ə yüksəlib. Şəxsi görüşlərdə paytaxt komandasından üstün olan “Qarabağ” sona 3 tur qalmış əsas rəqibi üçün əlçatmaz olub. Qurban Qurbanovun yetirmələri yubiley – 30-cu çempionatda qızıl medalları təmin edib. Bu, Ağdam təmsilçisinin tarixində 9-cu çempionluqdur. “Qarabağ” qızıl medal sayında “Neftçi”yə çatıb. “Kəpəz”in üç, “Şəmkir”, “Bakı”, “Şamaxı”nın (“İnter” adı altında) hərəyə 2, “Turan”la “Xəzər Lənkəran”ın bir titulu var. Qeyd edək ki, 2001/02 mövsümü yarımçıq qalıb, 2002/03 mövsümündə çempionat keçirilməyib. 1992. “Neftçi” (Bakı) 1993. “Qarabağ” (Ağdam) 1993/94. “Turan” (Tovuz) 1994/95. “Kəpəz” (Gəncə) 1995/96. “Neftçi” (Bakı) 1996/97. “Neftçi” (Bakı) 1997/98. “Kəpəz” (Gəncə) 1998/99. “Kəpəz” (Gəncə) 1999/2000. “Şəmkir” 2000/01. “Şəmkir” 2003/04. “Neftçi” (Bakı) 2004/05. “Neftçi” (Bakı) 2005/06. “Bakı” 2006/07. “Xəzər Lənkəran” 2007/08. “İnter” (Bakı) 2008/09. “Bakı” 2009/10. “İnter” (Bakı) 2010/11. “Neftçi” (Bakı) 2011/12. “Neftçi” (Bakı) 2012/13. “Neftçi” (Bakı) 2013/14. “Qarabağ” (Ağdam) 2014/15. “Qarabağ” (Ağdam) 2015/16. “Qarabağ” (Ağdam) 2016/17. “Qarabağ” (Ağdam) 2017/18. “Qarabağ” (Ağdam) 2018/19. “Qarabağ” (Ağdam) 2019/20. “Qarabağ” (Ağdam) 2020/21. “Neftçi” (Bakı) 2021/22. “Qarabağ” (Ağdam)
|