Azərbaycan Kubokunda 2021/2022-ci illər mövsümünün final görüşünün məkanı müəyyənləşib. “Qarabağ” və “Zirə” komandaları arasında baş tutacaq həlledici qarşılaşma Qəbələ şəhər stadionunda oynanılacaq. Qarşılaşma 27 may saat 19:00 tarixinə təyin olunub. Final matçının nominal meydan sahibini müəyyənləşdirəcək püşkatma mərasimi 5 may saat 12:00-da AFFA-nın inzibati binasında hər iki komanda və Peşəkar Futbol Liqasının nümayəndələrinin iştirakı ilə keçiriləcək.
|