Topaz
Premyer Liqasının XI turunda “Turan” doğma meydanda “Rəvan”ı qəbul etdi.
Dramatik məcrada keçən oyunda qalib müəyyənləşmədi – 2:2.
Kemal
Alispahiç, “Rəvan” klubunun baş məşqçisi: “Bu cür hava şəraitində oynamaq çətin
idi. “Turan”ın öncəki oyunlarını analiz etmişdik, oyuna yaxşı hazırlaşmışdıq.
Yekunda 2-2 hesablı heç-heçə qeydə alındı. “Turan”a qarşıdakı oyunlarda uğurlar
arzulayıram”.
Əfqan
Talıbov, “Turan” klubunun baş məşqçisi: “”Rəvan” mənim üçün çox tanış
komandadır. “Rəvan”a uğurlar arzu edirəm. Bu gün havanın isti olması oyuna təsir
etdi. İlk hissədə yaxşı oynadıq. İkinci hissədə isə oyun dəyişdi. İki
futbolçumuz zədələndi, onları əvəzləmək məcburiyyətində qaldım. Rəqib qısa zaman
kəsiyində iki qol vurdu. Hesabda geri olmağımıza baxmayaraq komanda özündə güc
tapıb heç-heçə etdi”.
|