Topaz
Premyer Liqasının XI turunda “Sumqayıt” doğma meydanda “Xəzər Lənkəran”la
heç-heçə oynadı – 1:1.
Yunis
Hüseynov, “Xəzər Lənkəran” klubunun baş məşqçisi: “Çox ağır oyun keçdi, “Sumqayıt”
gənc bir komandadır. Bugünkü oyuna qələbə əzmi ilə çıxmışdıq. Rəqibimiz sona
kimi mübarizə apardı. Bir neçə qol imkanından yararlana bilmədik. Təəsüflər
olsun ki, 1 xalla kifayətlənməli olduq”.
Bernhard
Raab, “Sumqayıt” klubunun baş məşqçisi: “Texniki ustalıq baxımından “Xəzər Lənkəran”
daha üstün idi. Bir az da bəxtimiz gətirsə idi qələbə hesabını qoruya bilərdik.
Bir xal qazandığımız üçün şadam”.
|