Topaz
Premyer Liqasının XI turunda “Neftçi” doğma meydanda “Simurq”a qalib gəldi – 2:1.
Georgi
Çixradze, “Simurq” klubunun baş məşqçisi: “Artıq ikinci oyundur ki, ilk hissədə
zəif çıxış edirik. Oyunun əvvəlində müdafiədə səhv buraxdıq, qapımıza penalti təyin
olundu. Müdafiədə daha çox oynadıq, nəinki hücumda. İlk hissədə topa nəzarət
etməyə çətinlik çəkirdik. İkinci hissədə daha yaxşı oynadığımızı düşünürəm. Bir
qol vursaq da, hesabı bərabərləşdirə bilmədik. “Neftçi” çox yaxşı komandadır”.
Böyükağa
Hacıyev, “Neftçi” klubunun baş məşqçisi: “Komandada yorğunluq hiss olunur. “Rubin”lə oyundan öncə növbəti turda “Qəbələ” ilə qarşılaşacağıq.
İlk öncə “Qəbələ” ilə oyunu düşünürük. Oyun qrafikimiz sıx olsa da, əlimizdə
kifayət qədər futbolçu yoxdur. Bu gün qalib gəlib 3 xalı aktivimizə yazdıq. Heyətimizdə
daha üç futbolçu olsaydı Avroliqanın qrup mərhələsində problem yaşamazdıq. “Rubin”lə
oyun tamam başqa səhifədir. Dincəlməyə dörd gün vaxtımız olacaq, cavab oyununu
daha yaxşı oynayacağıq. Heç bir qəzetə və ya sayta istefa barədə açıqlama verməmişəm.
Nə vaxt getməyimi istəsələr gedəcəm, digər klublardan mənə təkliflər olduğunu
gizlətmirəm”.
|