Topaz
Premyer Liqasının XI turunda doğma meydanda “Bakı”nı qəbul edən AZAL rəqibi üzərində
əzmkar qələbə qazandı – 2:1.
Bojidar
Bandoviç, “Bakı” klubunun baş məşqçisi: “Ağır oyun olacağını bilirdik. AZAL-da
güclü komanda ruhu var. Çox təhlükəli hücum xəttinə malikdir. Oyunda hesabı biz
açdıq, ilk hissədə də bir neçə qol imkanı əldə etdik. Rəqib bizə pressinq tətbiq
edərək hücum qurmağımızı çətinləşdirdi. İkinci hissədə də yaxşı oynadığımızı düşünürəm, lakin yaratdığımız qol imkanlarından faydalana bilmədik. Son ötürmələrdə
daha soyuqqanlı olmaq lazımdır. Komandam oyunboyu yaxşı oynadı, lakin, bu,
kifayət etmir. Artıq nəticə qaznanmaq lazımdır. Üç gün sonra daha bir çətin
oyunumuz var, bütün fikrimizi bu oyuna yönəldəcəyik”.
Vaqif
Sadıqov, AZAL klubunun baş məşqçisi: “İlk öncə komandamı təbrik edirəm.
Oyunun çətin keçəcəyini bilirdik. Həmişə
sürətli oyuna üstünlük vermişik, rəqib komandaya pressinq tətbiq edirik. İlk
hissədə bu oyun üslübu bizdə alındı. Qapımızdan qol buraxdıqdan sonra ruhdan
düşmədik. Hesabda irəli olduqdan sonra isə komanda müdafiəyə çox çəkildi. “Bakı”
bundan istifadə edib bir neçə qol imkanı yaratdı. Bundan öncə “Simurq”la səfər
oyunda çox güc sərf etmişdik. “Bakı” öz oyun üslübuna görə seçilir. Bugünkü
oyunda hücum xəttində üç futbolçunun olması bizi təəccübləndirdi. Əzmkar qələbə
qazandığımız üçün şadam, vacib üç xal əldə etdik. Yeni komanda formalaşdırırıq,
qarşımızda duran ilk vəzifə “altılığa” düşməkdir. İnanıram ki, “Bakı” bu oyunu
ilə tezliklə nəticə qazanacaq”.
|