Topaz
Premyer Liqasının XI turunda doğma meydanda “Kəpəz”i qəbul edən “İnter” rəqibini
3-1 hesabı ilə məğlub edərək turnir cədvəlində liderliyi ələ keçirdi.
Mahmud
Qurbanov, “Kəpəz” klubunun baş məşqçisi: “Üç oyundur ki, hesabda irəlidə
olduğumuz halda yekunda məğlub oluruq. Bəzi oyunçuların ustalıq səviyyəsi çatışmır. Əsas
heyətin iki oyunçusu olmayanda heyəti qurmağa çətinlik çəkirik. Oyun vaxtı iki
futbolçumuz zədələndi, bu, oyun planımızı pozdu. Heyətlə bağlı ciddi problemlərimiz
var, çox çalışmalıyıq. Oyunçuların çoxundan narazıyam. Məğlubiyyətə baxmayaraq
ruhdan düşmürük, qarşıdakı oyunlara hazırlaşacağıq”.
Kaxaber
Sxadadze, “İnter” klubunun baş məşqçisi: “Oyuna çox pis başladıq, bu da bəzi futbolçuların oyuna lazımi qədər köklənməməsindən irəli gəlir. “Kəpəz” hücum
planında aqressiv idi. Rəqibin kimliyindən asılı olmayaraq 5 oyunçu ilə
pressinq edirlər. Gəncə təmsilçisində xəttlər arasında boşluqlar var idi.
Oyunun əvvəlində bu boşluqlardan istifadə edərək qol vurduq. Erkən qol
buraxmağımız pisdir, lakin 3 qol vuraraq qalib gəldik. Son zamanlar gənc
futbolçulara şans veririk, onları oyunlarına görə təbrik edirəm. Qalib gəldiyimiz
üçün şadam, qarşıda bizi “Sumqayıt”la çətin oyun gözləyir. Bu oyunda da öz
oyunumuzu göstərməliyik”.
|