Topaz Premyer Liqasının X turunda “Neftçi” klubunu qəbul edən
“Rəvan” rəqibini 2-0 hesabı ilə məğlub edərək turnir cədvəlində 6-cı pilləyə
yüksəldi.
Tərlan Əhmədov, “Neftçi” klubunun məşqçisi: “Komandamızın
baş məşqçisi Böyükağa Hacıyevin səhhətində problem yarandığı üçün mətbuat
konfransında iştirak edə bilmir. “Rubin”lə oyundan sonra komandanı bugünkü
oyuna kökləmək çətin idi, yorğun idik. Meydançanın süni örtüklü olması da
oyunumuza təsir etdi. Komandanın ehtiyat oyunçuları azdır, oyunumuzu dəyişəcək
futbolçumuz yoxdur”.
Kemal Alispahiç, “Rəvan” klubunun baş məşqçisi: “Çox yaxşı nəticə
əldə etdik. Bizim komandanın “Neftçi” qədər güclü və sürətli komanda olduğunu
düşünmürəm. “Neftçi” Avroliqa oyunundan sonra yorğun idi. Məşqlərdə
hazırlaşdığımız kimi oynadıq. Futbolçularım topla yaxşı oynadı, taktiki
tapşırıqları yerinə yetirdilər. “Neftçi”nin təhlükəli hücumlarının qarşısını
ala bildik. Qalib gəldiyimiz üçün komandaya təşəkkürümü bildirirəm”.
|