Topaz Premyer Liqasının X turunda Qəbələ səfər edən “Turan”
yerli “Qəbələ”ni minimal hesabla məğlub edərək daha bir sensasiyaya imza atdı –
1:0.
Əfqan Talıbov, “Turan” klubunun baş məşqçisi: “Bugünkü oyun
mübarizə şəraitində keçdi. Üstünlük tamamilə “Qəbələ”də olsa da, qələbəni biz
qazandıq. Sona kimi mübarizə apardıqları üçün komandaya minnətdaram”.
Ramiz Məmmədov, “Qəbələ” klubunun baş məşqçisi: “Oyunda tam
üstünlüyə malik olsaq da, qalib gələ bilmədik, Hava şəraitinin əlverişsiz
olması ötürmələrdə öz təsirini göstərirdi. “Turan”ı qələbə münasibəti ilə təbrik
edirəm. Bu, oyundur, hər şey ola bilər. Qarşıda “Qarabağ” və “Neftçi” ilə çətin
oyunlarımız var. Bu məğlubiyyətin əvəzini çıxmağa çalışacağıq”.
|