Topaz Premyer Liqasının X turunda “Xəzər Lənkəran” doğma
meydanda “Qarabağ”a qalib gəldi – 2:0.
Qurban Qurbanov, “Qarabağ” klubunun baş məşqçisi: “”Xəzər Lənkəran”
klubunu qələbə münasibəti ilə təbrik edirəm. Vacib 3 xal qazandılar. Oyundan
öncə heyətdə ciddi itkilərimiz var idi, lakin komandadan razı qaldım. Bu oyunu
unudub qarşıdakı oyuna hazırlaşacağıq. Havanın əlverişsiz olması da oyunumuza təsir
etdi”.
Yunis Hüseynov, “Xəzər Lənkəran” klubunun baş məşqçisi: “Çox
ağır oyun keçdi, hər iki komanda əla oynadı. Meydana 3 xal qazanmaq əzmi ilə
çıxmışdıq, buna da nail olduq. “Qarabağ”la oynamaq həmişə çətindir, bu gün də əzmkar
oyun göstərdilər. Qarşıda səfər oyunumuz var, artıq bu oyuna hazırlaşacağıq”.
|