Topaz Premyer Liqasının X turunda keçirilən “Bakı” – “İnter”
paytaxt derbisi qolsuz heç-heçə ilə başa çatıb – 0:0.
Kaxaber Sxadadze, “İnter” klubunun baş məşqçisi: “Yaxşı,
maraqlı oyun oldu. İlk dəqiqələrdən hücum etdik. Təəssüf ki, ilk hissənin
sonlarına yaxın hücum xəttində ötürmələrdə səhvlərə yol verirdik. “Bakı” komandasının
təhlükəli hücumçuları var. Oyun boyu bir neçə yüz faizlik qol epizodu yaratsaq
da, bunlardan yararlana bilmədik. Bəlkə də, bu artıq size də bezdirir. Qol
epizodlarının üzərində məşq zamanı çox çalışırıq, lakin oyunda həyata keçirə
bilmirik. Bugünkü oyunda qalib gəlmək istəyirdik, lakin heç-heçə oldu, məğlub
olmadıq. Qarşıda bizi iki çətin oyun gözləyir, bu oyunlara yaxşı hazırlaşıb xal
itirməməyə çalışacağıq”.
Bojidar Bandoviç, “Bakı” klubunun baş məşqçisi: “Oyuna yaxşı
başlamadıq, müdafiədə səhvlər buraxırdıq Rəqib topu yaxşı saxlamağı bacarır.
İkinci hissəni daha yaxşı oynadığımızı düşünürəm, qol da vura bilərdik. Bu
oyunda qalib gəlməyi çox istəyirdik, qələbə qazana bilməsək də məğlub olmadıq.
Lakin qalib gələ bilməməyimiz üzərimizdə basqı yaradır”.
|