Topaz Premyer Liqasının X turunda Gəncəyə səfər edən “Sumqayıt”
yerli “Kəpəz”lə oyunda qolsuz heç-heçəyə nail oldu – 0:0.
Bernhard Raab, “Sumqayıt” klubunun baş məşqçisi: “Premyer
Liqada indiyədək gördüyüm ən pis oyun idi, iki komandadan heç biri qalib gələ
bilmədi”.
Mahmud Qurbanov, “Kəpəz” klubunun baş məşqçisi: “Mən də həmkarımı
təsdiqləyə bilərəm, həqiqətən də, ən pis oyunlardan biri idi. İlk 40 dəqiqədə
komandamız, sanki, meydanda yox idi. İkinci hissədə futbolçuların fəallığı
artırması qol epizodlarının yaranmasına gətirdi. Lakin bu epizodlardan heç bir
nəticə əldə edə bilmədik. “Neftçi” ilə oyundan sonra futbolçularda yorğunluq
hiss edirəm, ağır oynayırlar. Qarşıdakı oyunlarda uğurlu nəticə qazanmağa
çalışacağıq”.
|