Azərbaycan
kubokunun 1/16 final mərhələsinin oyunları çərçivəsində “Tərəqqi” doğma
meydanda “Ağsu”ya 3-1 hesabı ilə qalib gələrək növbəti mərhəyə yüksəldi. 1/8
finalda Gəncə təmsilçisi öz meydanında “Neftçi” ilə qarşılaşacaq.
Rüfət
Quliyev, “Ağsu” klubunun baş məşqçisi: “Rəqib bizdən güclü idi. Təbii ki, məğlub
olmaq istəməzdik. Artıq I divizionda keçirəcəyimiz oyunlara hazırlaşacağıq”.
Vasif
Vəliyev, “Tərəqqi” klubunun baş məşqçisi: “Bugünkü oyunda qalib gəlmək istəyirdik,
məqsədimizə çatdıq. Növbəti mərhələdə “Neftçi” ilə qarşılaşacağıq, bu daha məsuliyyətli
oyun olacaq. “Ağsu” komandasına qarşıdakı oyunlarda uğurlar arzulayıram”.
|